Rusiyada Monte Melkonyan barədə filmə qadağa qoyuldu

24.11.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

"Monte" filminin Rusiyanın bir sıra şəhərlərində planlaşdırılan nümayişləri Rusiya hakimiyyəti tərəfindən qoyulan qadağa səbəbindən baş tutmayacaq.

Bu barədə Ermənistan KİV-ə istinadən məlumat yayıb.

"Genetic Production" şirkətindən bildirilib ki, yaranmış vəziyyətə görə kinoteatrlar filmin nümayişindən imtina etmək məcburiyyətində qalıblar.

"Vurğulayırıq ki, bu qərar bizim iradəmizdən və təşəbbüsümüzdən kənar vəziyyətlərə görə qəbul edilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, "Genetic Production" şirkəti tərəfindən istehsal olunan bədii bioqrafik "Monte" (2026) filmi erməni terrorçu Monte Melkonyana həsr olunub./oxu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью