Rusiyada müəmmalı ölüm: Ağ Ev vəziyyəti izləyir

05.10.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bu barədə "Axios"a ABŞ Prezidenti Donald Trampın administrasiyasının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton vəziyyətdən xəbərdardır, prosesləri izləyir və mümkün addımları qiymətləndirir.

Nəşr yazır ki, Rusiyanın səhiyyə orqanları vəba əleyhinə elmi-tədqiqat müəssisəsində çalışan qadının ölümündən sonra ehtiyat tədbirləri görsə də, onun həqiqətən vəba xəstəliyinə yoluxduğunu təsdiqləməyib.

Məlumata görə, sentyabrın 25-də Rusiyanın İrkutsk vilayətində yerləşən vəba əleyhinə elmi-tədqiqat institutunun 28 yaşlı əməkdaşı Darya Şipilova pnevmonik vəba törədicisi olan sınaq şüşəsini sındırıb. Yerli mediada yayılan xəbərlərdə onun təhlükəli bakteriyaya məruz qala biləcəyi bildirilib.

D.Şipilova sentyabrın 29-da ağır pnevmoniya əlamətləri ilə xəstəxanaya yerləşdirilib və oktyabrın 1-dən 2-nə keçən gecə vəfat edib. Bundan sonra regiondakı bir sıra tibb müəssisələrində karantin tətbiq olunub, onunla təmasda olmuş təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev nəzarətdə olan şəxslərdə xəstəlik əlamətlərinin aşkarlanmadığını və test nəticələrinin mənfi çıxdığını bildirib.

Rusiya səhiyyə qurumları Şipilovanın taun xəstəliyinə yoluxduğunu təsdiqləməyib. Rəsmi məlumata görə, onda mənşəyi müəyyən edilməmiş pnevmoniya qeydə alınıb və sonrakı laborator araşdırmalar onun işi ilə əlaqəli hər hansı mikroorqanizm aşkar etməyib. Səlahiyyətli qurumlar regiondakı epidemioloji vəziyyətin sabit olduğunu bildirirlər.

"Axios" isə qeyd edir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına əsasən, vəba həyati təhlükə yarada bilən bakterial xəstəlik olsa da, vaxtında aşkarlanıb müalicə edildikdə antibiotiklərlə sağaldıla bilir.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью