Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı

01.09.2026

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Mərkəzi bankı ölkədə bank hesablarından nağd xarici valyuta çıxarılmasına tətbiq olunan məhdudiyyətlərin müddətini daha 6 ay uzadıb. Yeni qərara əsasən, mövcud məhdudiyyətlər 9 mart 2027-ci ilədək qüvvədə qalacaq.

Marja xəbər verir ki, Rusiya Mərkəzi Bankı qərarın əsas səbəbi kimi Qərb ölkələrinin sanksiyalarının davam etməsini göstərib. Tənzimləyicinin açıqlamasına görə, sanksiyalar Rusiya banklarının və digər maliyyə institutlarının nağd ABŞ dolları və avro əldə etməsinə imkan vermir. Bu məhdudiyyət aradan qalxmadığı üçün Rusiya daxilində nağd valyuta əməliyyatları üzrə xüsusi rejimin də davam etdirilməsinə qərar verilib.

Mövcud qaydaların əsası 2022-ci ilin martında, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkəyə qarşı genişmiqyaslı maliyyə sanksiyalarının tətbiq edilməsinin ardınca qoyulub. Rusiya Mərkəzi Bankı həmin vaxt vətəndaşların banklardakı xarici valyuta hesablarından nağd pul çıxarmasına məhdudiyyət tətbiq etmişdi.

Hazırkı rejim çərçivəsində məhdudiyyətə məruz qalan valyuta hesablarından vəsaitlərin nağd şəkildə rubl ilə çıxarılmasına icazə verilir. Başqa sözlə, hesabda dollar və ya avro saxlanılsa belə, müəyyən əməliyyatlarda müştəriyə həmin vəsaitin rubl ekvivalenti təqdim olunur.

Qərarın yenidən altı ay uzadılması göstərir ki, 2022-ci ildə fövqəladə tədbir kimi tətbiq edilmiş nağd valyuta rejimi artıq dörd ildən çoxdur davam edir və Rusiya maliyyə sisteminin Qərbin dollar və avro üzrə sanksiyalarına uyğunlaşmasının əsas mexanizmlərindən biri olaraq qalır.

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью