Rusiyada nazir korrupsiyaya görə saxlanıldı

12.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Buryatiya Respublikasının (Rusiya) nəqliyyat, energetika və yol təsərrüfatının inkişafı naziri Aleksandr Qoqe korrupsiya ittihamı ilə saxlanılıb.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.

Respublika hökuməti sədrinin müavini Vyaçeslav Suxorukovun sözlərinə görə, nazirin həbsi gözlənilirdi: "Buryatiya hökuməti bu işlə bağlı hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə olub. Bu gün korrupsiyanın təzahürləri sadəcə cinayət deyil, həm də xüsusi hərbi əməliyyat kontekstində vətənə xəyanətdir. Və bütün korrupsionerlərin yeri o qədər də uzaq olmayan yerlərdədir". 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью