Rusiyada nazir qəzaya düşdü Ölən var

11.12.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mordoviyanın (Şərqi Avropada yerləşən Rusiya respublikası, - red.) mədəniyyət naziri Svetlana Baulina xidməti avtomobilində qəzaya düşüb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə respublikanın rəhbəri Artem Zdunov məlumat yayıb. 

"Gecə saatlarında M-5 magistralının Atyuryev ərazisindən keçən hissəsində respublikanın mədəniyyət nazirinin xidməti avtomobili ağır qəzaya düşüb. Buraya Svetlana Nikitovna Baulina və onun sürücüsü daxil idi. Təəssüf ki, sürücü Ryasim Xaydaroviç dünyasını dəyişdi", - o, "Telegram" kanalında yazıb.

Gülayə Mecid


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью