Rusiyada nazir qəzaya düşdü: Ölən var | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Rusiyanın Mordoviya Respublikasının mədəniyyət naziri Svetlana Baulina qəzaya düşüb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Mordoviya qubernatoru Artem Zdunov bildirib.
O qeyd edib ki, hadisə nəticəsində xidməti avtomobilin sürücüsü ölüb, nazir xəstəxanaya yerləşdirilib .
Məlumata görə, qəza M-5 avtomobil yolunda baş verib. Nazir ezamiyyətdə olduğu Ryazandan qayıdırmış.
“İzvestiya Mordoviya” nəşri Dövlət Yol Müfəttişliyinin məlumatlarına istinadən qəzanın yerli vaxtla saat 21:55-də baş verdiyinə aydınlıq gətirib.
"Skoda Octavia" markalı avtomobil 49 yaşlı kişinin idarə etdiyi "Renault Premium" yarımqoşqusu ilə toqquşub.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu