Rusiyada neft anbarı vuruldu Video

14.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Oryol vilayətində neft anbarına dron hücumu olub.

Axar.az xəbər verir ki, bu barədə “Astra” nəşri bildirib.

Sözügedən regionun qubernatoru Andrey Klıçkov Teleqram hesabında kütləvi dron hücumunun olduğunu təsdiqləyib:

“PUA-ların kütləvi hücumu nəticəsində infrastruktur obyektində yanacaq alışıb, vurulmuş PUA-ların qalıqları bir neçə fərdi evin pəncərələrini də zədələyib”, - Klıçkov bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью