Rusiyada neftayırma zavodlarının müasirləşməsi dayandırıldı

20.10.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya hökuməti neftayırma zavodlarının müasirləşməsini dayandırmağa icazə verib.

Avtosfer.az xəbər verir ki, hökumət bu yolla bazardakı benzin qıtlığını aradan qaldırmaq istəyir. Ötən həftə isə daha aşağı keyfiyyətli yanacaq istehsalına icazə verilmişdi. Lakin, bu da bazarın tam təmin edilməsinə imkan vermir. 
Qeyd edək ki, son 3 ayda Ukrayna ordusu müntəzəm şəkildə Rusiyanın neftayırma zavodlarını hədəfə alır. Nəticədə əsas neft emalı zavodları ya işi dayandırıb, ya da minimal gücü ilə işləyir. Yayda ancaq Uzaq Şərq regionunda müşahidə edilən yanacaq qıtlığı indi bütün ölkəni əhatə edib. Belarusdan idxalın artması isə artan tələbatı ödəmir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью