Rusiyada nəhəng qızıl yatağı TAPILDI

22.07.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın "Rosgeologiya" holdinqinin mütəxəssisləri ötən il geoloji kəşfiyyat işləri zamanı Fedorovsko-Kedrovskoye adlı iri qızıl filizi yatağını aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yataq Xakasiya Respublikası ilə Kemerovo vilayətinin sərhədində yerləşir.
 

"Rosgeologiya"nın bildirdiyinə əsasən, yatağın ümumi qızıl ehtiyatı 28 ton təşkil edir. Bunun 21,7 tonu orta hesabla hər ton filizdə 1,56 qram qızıl olmaqla C1+C2 kateqoriyaları üzrə dövlət balansına daxil edilib. C1 kateqoriyası yaxşı öyrənilmiş ehtiyatları, C2 isə daha perspektivli, lakin hələ tam öyrənilməmiş sahələri əhatə edir.


Mütəxəssislərin qiymətləndirməsinə görə, karxana konturlarından kənarda yerləşən balansdankənar qızıl ehtiyatları 6,3 ton təşkil edir. (trend.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью