Rusiyada neonasistlər müsəlman mərkəzini yandırdılar

27.12.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Serpuxov şəhərində "Nur"müsəlman mərkəzi yandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə theins.ru məlumat verib.

Yanğına görə məsuliyyəti Rusiyada qadağan edilmiş neonasist hərəkatının "NS/WP Crew" qrupu öz üzərinə götürüb. Yanğın dair görüntülərdə maskalı şəxsin binaya "Molotov" kokteyli atdığı görünür.

Qeyd olunur ki, əvvəllər bu qruplaşma tərəfindən Serpuxovda üzərində ərəbcə yazılı stiker olan avtomobil yandırılıb, həmçinin insanlara üç dəfə hücum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью