Rusiyada nüvə sığınacaqları hazırlanır

20.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya nüvə partlayışından yaranan şok dalğaları və radiasiya kimi müxtəlif təhlükələrdən qoruya bilən mobil bomba sığınacaqlarının istehsalına başlayıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin tədqiqat institutu məlumat yayıb.

Bildirilir ki, “KUB-M” sığınacağı bu və digər təbii və texnogen təhlükələrdən 48 saat qorunma təmin edəcək.

Sığınacaqlar insanları partlayışlar və adi silahların qəlpələri, binalardan düşən dağıntılar, təhlükəli kimyəvi maddələr və yanğınlardan qoruya bilir.

"KUB-M" yük konteynerinə bənzəyir və iki moduldan - 54 nəfərlik otaqdan və texniki blokdan ibarətdir. Ehtiyac yaranarsa, daha çox modul əlavə edilə bilər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью