Rusiyada OMON məscidə hücum etdi 37 nəfər SAXLANILDI ANBAAN VİDEO

27.11.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Moskva vilayətinin Elektrostal şəhərində yerləşən məsciddə OMON və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları birgə reyd keçiriblər.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, reyd zamanı ümumilikdə 575 nəfər yoxlanılıb, onların 209-u xarici vətəndaş olub.
Yoxlama nəticəsində 16 nəfərin miqrasiya qaydalarını pozduğu müəyyən edilib.
Bundan əlavə, hərbi qeydiyyata düşməyən 37 nəfər OMON tərəfindən hərbi komissarlığa aparılıb.
Sözügedən addımın Rusiya hüquq-mühafizə orqanlarının miqrasiya və hərbi qeydiyyatla bağlı nəzarət tədbirlərinin bir hissəsi olduğu bildirilib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью