Rusiyada onlarla maşın yanıb kül oldu

24.03.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Rusiyanın Vladivostok şəhərində dayanacaqda böyük yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə vaxtı 30 avtomobil yanıb.

Yanğın zamanı bir neçə partlayış baş verib. Hadisə yerinə gedən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər.

Primorye prokurorluğundan verilən məlumata görə, yanğına səbəb naməlum şəxsin avtomobili yandırması olub. Nəticədə alov yaxında dayanan maşınlara keçib və yekunda dayanacaqdakı maşınların hamısı yanıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью