Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Konstitusiya Məhkəməsi müqaviləli əsgərlərin səfərbərlikdən əvvəl müəyyən edilmiş 50 yaş həddinə çatdıqları halda ordudan ayrıla bilməyəcəklərinə qərar verib.
Bundan sonra Müdafiə Nazirliyi ilə müqavilə bağlayanlar rütbəsindən asılı olaraq 65 və ya 70 yaşa qədər xidmət etməlidirlər.
Bu barədə məhkəmənin qərarında deyilir. Müqavilə əsasında xidmət edən bir hərbi qulluqçu məhkəməyə müraciət edərək, müqavilə əsasında hərbi
Ərizəçi israr edib ki, yaş həddi ilə bağlı yeni qərar Konstitusiyaya ziddir.
Çünki qismən səfərbərlik elan edilməmişdən və qanun qüvvəyə minməsindən əvvəl Müdafiə Nazirliyi ilə müqavilə bağlamış müqaviləli əsgərlər var.
Belə ki, qanun qüvvəyə minməmişdən əvvəl hərbçi 50 yaşına çatdıqdan sonra tərxis oluna bilərdi.
Konstitusiya Məhkəməsi yeni qanunun yeni yaş kateqoriyalarını tənzimlədiyi üçün heç bir ziddiyyət görmədiyini bildirib.