Rusiyada orta məktəbdə 40 şagird əlbəyaxa davaya çıxdı, 3ü ağır xəsarət aldı Xəbər saytı S…
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır. Ruiyanın Novomoskovsk şəhərindəki orta məktəblərin birində şagirdlər arasında kütlə
BAKU.WS xəbər verir ki, miqrant uşaqların iştirak etdiyi kütləvi dava zamanı digər şagirdlər döyülüb.
Üç şagirdə hücum edənlər yuxarı siniflərin şagirdləri olub. Münaqişəni məktəb müəllimləri aralamalı olub.
Məlumata görə, məktəbin doqquzuncu sinif şagirdlərindən ikisi dəhlizdə gəzərkən bir-biriylə zarafatlaşıb.
Onların gülüşlərini eşidən kiçik sinif şagirdlərindən biri buna etiraz edib.
Bu şagird vəziyyəti aydınlaşdırmaq əvəzinə, dərhal özündən böyük qardaşına və onun dostlarına xəbər verib.
Dərsdən sonra həmin qrup doqquzuncu sinif şagirdlərinin yanına gələrək, onlara təhqiramiz ifadələr işlədiblər.
Məktəbin üçüncü mərtəbəsində münaqişə əlbəyaxa davaya çevrilib. Hadisədə təxminən 40 şagirdin iştirak etdiyi bildirilir.
Tam oxu
Xəbəri oxu