Rusiyada orta məktəblər hərbiləşdirilir? | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bundan sonra Rusiyada məktəblilər dərs zamanı pilotsuz uçuş aparatları yığacaqlar.
APA-nın Moskva bürosu xəbər verir ki, artıq bu qərar Ruysiya hökuməti tərəfindən təsdiqlənib.
Qərara görə, Rusiyada məktəblilərə “Uşaqlara Vətən Təhlükəsizliyi və Müdafiəsinin Əsasları” dərsləri zamanı PUA-ları necə yığmaq və idarə etmək öyrədiləcək.
Məktəblərdə tədris ediləcək proqrama PUA konstruksiyası və onların praktiki idarəetməsi haqqında əsas biliklər daxildir.
Rusiyada orta məktəblərdə dərs zamanı PUA-ların yığılması və idarə edilməsinin öyrədilməsi ciddi mətləblərdən xəbər verir.
Birincisi, bu qərar göstərir ki, Rusiya Ukrayna müharibəsini bitirmək haqqında düşünmür.
Moskva bu müharibənin əsas silahı olan PUA-ların orta məktəblərdə yığılması və idarə edilməsini tədris etməklə bu savaşı ümumxalq müharibəsinə çevirməyi, müharibə və ya müharibə şəraitində yaşamağı adi həyat tərzinə çevirməyi hədəfləyir.
Tam oxu
Xəbəri oxu