Rusiyada paradoks: avtomobil istehsalı azalır, qıtlıqsa yoxdur

30.09.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyada avqust ayında avtomobil istehsalı növbəti dəfə azalıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Avtostat” məlumat yayıb. Bildirilir ki, hesabat dövründə ölkədə 37 500 ədəd minik avtomobili istehsal edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27 faiz azdır. 
Bununla belə, federasiyada təzə avtomobil bolluğu da müşahidə olunur. İstehsalın üçdə birədək azalması fonunda istənilən yerli model avtomobili növbə gözləmədən almaq mümkündür.

Hətta hərbi sifariş yerinə yetirən müəssisələrin də anbarları doludur. Bu da təzə avtomobil alışının ciddi şəkildə geriləməsinin göstəricisidir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью