Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə

25.09.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin yekun nəticələri açıqlanıb.

Milli.Az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın sözlərinə görə, hakim "Yedinaya Rossiya" 349 mandat qazanıb. Kommunist Partiyası 37, LDPR 23, "Yeni insanlar" 19, "Ədalətli Rusiya" 17, "Rodina" isə 1 mandat əldə edib. Daha 4 müstəqil namizəd parlamentə seçilib.

Seçkilərdə iştirak 59,8 faiz təşkil edib. Səsvermə sentyabrın 18-dən 20-dək keçirilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью