Rusiyada polis əməkdaşları yük maşını ilə toqquşmada həlak oldu

31.10.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Rusiyanın Kareliya Respublikasının Kondopoqa rayonunda R-21 "Kola" avtomobil yolunda baş verən yol qəzasında iki polis əməkdaşı da daxil olmaqla üç nəfər ölüb.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Qəza nəticəsində üç nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub. Polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirirmişlər", – deyə məlumatda bildirilib.

Daha bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hadisənin bütün təfərrüatları araşdırılır.

Yerli mətbuatın məlumatına görə, qəza yük maşını ilə məhbus daşıyan xüsusi avtomobilin ("avtozak") toqquşması nəticəsində baş verib. Həlak olan üçüncü şəxsin məhbus olduğu bildirilir.\report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью