Rusiyada PUA hücumuna görə dərslər ləğv edildi

27.12.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının Borisovka kəndindəki məktəb ərazisinə hücumundan sonra, Belqorod vilayətinin Borisov rayonunun təhsil müəssisələrində tədris prosesi ləğv edilib. 

"Unikal" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında yazıb.

"Biz bu məktəbdə və regionun bütün təhsil müəssisələrində tədris prosesini dayandırmaq qərarına gəldik", - deyə Qladkov qeyd edib.

Qeyd edək ki, Ukrayna PUA-sı Borisovka kəndində məktəb ərazisinə hücum edib. Dron hasarın yaxınlığında yerə çırpılıb. Xəsarət alan olmayıb. 

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью