Rusiyada pul kütləsi 0,2% azalıb

07.10.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İlkin hesablamalara görə, 2025-ci ilin sentyabrında Rusiyada pul kütləsi (M2 məcmu)  0,2% azalaraq 121,3 trilyon rubla çatıb.

Bakıvaxtı.az "İnteerfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankı məlumat yayıb. 

Məlumata görə, pul kütləsinin illik artım tempi 12,7%-ə enib. Belə ki, oktyabrın 1-nə olan illik artım tempi 12,9%-dən 12,4%-ə enib.

Dövriyyədə olan nağd pulun həcmi isə 2,8% artıb.

Qeyd edək ki, geniş pul kütləsinə M2 aqreqatı ilə yanaşı, bütün növ xarici valyutada depozitlər, depozit və əmanət sertifikatları daxildir.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью