Rusiyada Putinə etimad 70 faizdir SORĞU

04.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Rusiyada Prezident Vladimir Putinə etimad səviyyəsi 70 faiz təşkil edir. Bu, “İctimai Rəy” Fondunun avqustun 28-dən 30-dək 1,5 min Rusiya vətəndaşı arasında keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Modern.az xəbər verir ki, fondun məlumatına görə, respondentlərin 70 faizi Vladimir Putinə etimad göstərdiyini bildirib. Əhalinin əksəriyyəti – 71 faiz isə onun dövlət başçısı vəzifəsində fəaliyyətini yaxşı yerinə yetirdiyini düşünür.

Sorğu iştirakçılarının 43 faizi hökumətin fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 53 faizi Baş nazir Mixail Mişustinin fəaliyyətini yaxşı hesab etdiyini bildirib.

Siyasi partiyalara dəstək göstəricilərinə gəlincə, respondentlərin 33 faizi hakim “Vahid Rusiya” partiyasını dəstəklədiyini bildirib.

Rusiya Liberal Demokrat Partiyasına (LDPR) dəstək 11 faiz, Rusiya Federasiyası Kommunist Partiyasına (KPRF) 9 faiz, “Yeni insanlar” partiyasına 4 faiz, “Ədalətli Rusiya” partiyasına isə etimad 3 faiz təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью