Rusiyada qanlı hadisə 3 polis əməkdaşı öldürülüb

05.05.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Dağıstan Muxtar Respublikasında yol polisinə naməlum şəxslər tərəfindən silahlı hücum olub.

Rusiya Daxili İşlər Nazirliyinin yerli bölməsindən verilən açıqlamaya görə, naməlum şəxslər yol polisi əməkdaşlarına atəş açıb.

Hücumun paytaxt Mahaçqalada baş verdiyi və hücum edənlərin biri təhlükəsizlik qüvvələrinin cavabı ilə zərərsizləşdirilib, digər hücumçu isə oğurlanmış xidməti avtomobillə hadisə yerindən qaçıb

Hücum nəticəsində 3 polis əməkdaşı həyatını itirib, yoldan keçən 12 yaşlı uşaq isə yaralanıb.

Hadisədən sonra Rusiyada təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью