Rusiyada qanunsuz miqrantların leqallaşdırılması mərkəzi ləğv edildi

24.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Rusiyanın paytaxtı Moskva şəhərində Federal Təhlükəsizlik Bürosu, Rusiya Milli Qvardiyası və Rusiya Daxili İşlər Nazirliyi (DİN) qanunsuz miqrantların ölkə ərazisində qalmasının leqallaşdırılması mərkəzini ləğv edib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya DİN rəsmi nümayəndəsi İrina Volk "Telegram" kanalında məlumat verib.

İstintaqın məlumatına görə mərkəz saxta sənədlər tərtib edərək miqrantların ölkədə qanunsuz qalmasına şərait yaradıblar. Şübhəli şəxslər bu məqsədlə mesencer proqramlarının birində saxta sənədlərin əldə edilməsi üçün xüsusi kanal belə yaradıblar. Bu sənədlər isə miqrantlara kuryer və bəzi şəxslər tərəfindən çatdırılıb.

Keçirilən əməliyyat zamanı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan 16 xarici ölkə vətəndaşı saxlanılıb, iki obyekt isə bağlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью