Icma.az, 525.az saytına istinadən bildirir.
Rusiyanın Kabardino-Balkar Respublikasındakı Mijirgi dağında qar uçqunu baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uçqun nəticəsində 12 alpinist həlak olub, 6 nəfər yaralanıb.
50-dən çox təcili yardım işçisi daha çox qar uçqunu riskinin yüksək olduğu ərazidə itkin düşmüş 5 alpinistin axtarışlarını davam etdirir. 10 alpinist isə dağdan enməyi bacarıb.
Qeyd edək ki, Mijirgi dağı Rusiyanın Şimali Qafqazındakı ən yüksək zirvələrdən biri hesab olunur.
İbrahim Cəfərov