Rusiyada qaraj və zirzəmilərdə benzin saxlayanlar cərimələnir

20.07.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada qaraj və zirzəmilərdə böyük həcmdə benzin saxlayan şəxslərə qarşı inzibati tədbirlər görülməyə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
 

Bildirilib ki, ilk inzibati protokollar Pskov vilayətində tərtib olunub. Yoxlamalar yaşayış evlərində və qaraj kooperativlərində aparılıb və yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib.


Qanun pozuntusuna yol verən fiziki şəxsləri 5 min rubldan 15 min rubla qədər cərimə və ya xəbərdarlıq, hüquqi şəxsləri isə 150 min rubldan 300 min rubla qədər cərimə gözləyir.
Pskov vilayətinin qubernatoru sakinləri qaraj və zirzəmilərdə benzin, eləcə də digər yanıcı mayeləri saxlamamağa və yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью