Rusiyada qatar FACİƏSİ: Hərəkət dayandı

26.09.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Smolensk vilayətində keçiddə yük maşını ilə qatarın toqquşması nəticəsində 18 benzin vaqonu relsdən çıxıb və yanğın başlayıb.

News24.az Rusiya KİV-nə istinadla xəbər verir ki, hadisə Rudnya və Qolınka stansiyaları arasında saat 07:26-da baş verib.

Qatar maşinisti təcili əyləcə bassa da, toqquşmadan yayınmaq mümkün olmayıb. 

İlkin məlumata görə, anğın zamanı lokomotiv heyəti xəsarət alıb. Maşinist və köməkçisi orta dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya görə Belarus və Rusiya arasında bir sıra qatarların hərəkəti dayandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью