Rusiyada qatar yolunda dəhşətli hadisə 1 ölü, 27 yaralı

19.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Murmansk ərazisində yük və sərnişin qatarları toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qəza nəticəsində sərnişin qatarının 3 vaqonu və yük vaqonları relsdən çıxıb. Nəticədə xəsarət alan qadın xəstəxanaya aparılarkən ölüb.

Hadisə nəticəsində 27 nəfər yaralanıb. Onlardan 5-i azyaşlıdır.

Ümumilikdə qatarda 326 sərnişinin olduğu bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью