Rusiyada qatarda yanan yeniyetmənin görüntüləri yayıldı

19.01.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Orenburq şəhərinin yaxınlığındakı Mednoqorskda yeniyetmə qatarın damında yanıb.

Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videonu "Ostorojno, novosti" "Telegram" kanalı yayıb.

Qeyd olunur ki, o, gecə saatlarında qatarın üzərinə çıxıb, lakin naqillərə toxunduğu üçün elektrik cərəyanının təsirinə məruz qalıb və alovlanıb. Bəzi versiyalara görə, o, selfi çəkmək istəyib.

Məlumata görə, gəncin 17 yaşı var. Hadisəni yoldan keçənlər görüb və təcili yardım çağırıblar. Nəşr yeniyetmənin sağ qaldığını və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparıldığını bildirib.

Rusiyada qatarda yanan yeniyetmənin görüntüləri yayıldı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью