Rusiyada qatarın hərəkəti zamanı körpü partladılıb

01.06.2025

Icma.az bildirir, Tribuna portalına istinadən.

Rusiyanın Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz “Rossiya-24″ telekanalının efirində bildirib.

“388 sərnişinin olduğu Klimov-Moskva qatarının hərəkəti zamanı magistralda körpü partlayışı baş verib”, – o deyib.

Qeyd edək ki, hadisə zamanı 7 nəfər ölüb, 69 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью