Rusiyada qaz emalı zavoduna PUA hücumu olub

03.02.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna ordusu Rusiyanın Həştərxan vilayətində qaz emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bəyan edib.

Onun sözlərinə görə, dronlar region ərazisində yerləşən obyektlərə, o cümlədən yanacaq-enerji kompleksinə zərbə endirib.

Babuşkin hücumun dəqiq yerini açıqlamayıb, lakin PUA-lardan birinin düşməsi nəticəsində yanğın baş verdiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью