Rusiyada qaz kəmərində güclü partlayış Yanğın başladı

13.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Rusiyanın Penza vilayətindən keçən qaz kəmərində yanğınla müşayiət olunan partlayış baş verib.

Rusiya KİV-nin məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatında bildirilib.

Partlayış xəttin Volçkovo kəndi yaxınlığından keçdiyi sahədə baş verib. İlkin məlumata görə, qəza texnoloji qaydaların pozulmasına görə, qaz kəmərinin hermetikliyinin pozulması nəticəsində meydana gəlib.

Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, "Orta Asiya - Mərkəz" qaz nəqli sistemi təxminən 5 min kilometr uzunluğundadır və Türkmənistan, Özbəkistan və Qazaxıstanın qaz yataqlarını Rusiya və Avropadakı istehlakçılarla birləşdirir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью