Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada qətl törədən azərbaycanlı saxlanılıb.
Modern.az xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərinin, Vavilovlar küçəsində baş verib. 28 yaşlı kişi keçmiş qeyri-rəsmi həyat yoldaşını qadınlara yardım mərkəzinin qarşısında bıçaqlayıb.
Hücuma məruz qalan 27 yaşlı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata əsasən, qadın əvvəllər dəfələrlə döyüldüyü üçün əri Yaqub Süleymanovdan qaçaraq sosial yardım mərkəzinə sığınıb. Lakin keçmiş həyat yoldaşı onun yerini müəyyənləşdirib.
Noyabrın 12-də qadını mərkəzin girişində yaxalayan kişi ona səkkiz bıçaq zərbəsi endirib və boğazını kəsib. Hadisədən sonra avtomobillə qaçan şübhəli yarım saat sonra polisə zəng edərək cinayətini etiraf edib. O, daha sonra saxlanılıb.
Məlumata görə, Rusiya vətəndaşı olan Yaqub Süleymanov Azərbaycanda anadan olub.
İlyas Turan