Rusiyada qeyriqanuni alkoqol istehsalı kosmosdan izləniləcək

03.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyada qeyri-qanuni alkoqol istehsalı kosmosdan izləniləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Federasiyası Maliyyə Nazirliyinin əmrinə əsasən müvafiq texnoloji avadanlıqların yerləşdiyi ərazilərdə bina və tikililərdən istilik enerjisi emissiyalarına nəzarət aparılacaq.

Sənəddə bildirilir ki, istehsal imkanlarından sui-istifadə edən müəssisələrin axtarışı zamanı orqanlar kosmosdan Yer zondundan istifadə etməklə binalardan istilik emissiyalarının səviyyəsinə, müəssisələrin yaxınlığında tüstü, buxar və nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью