Rusiyada qəzaya uğrayan helikopterdə ölənlərin cəsədləri hadisə yerindən çıxarılıb

24.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İyulun 14-də Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan helikopterin həlak olan ekipaj üzvlərinin və texniki mütəxəssislərin cəsədləri hadisə yerindən çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi rəisinin birinci müavini Vladimir Anufriev TASS-a bildirib.

Xatırladaq ki, iyulun 14-də "Mi-8" helikopteri Xabarovsk diyarının Oxotsk qəsəbəsindən Maqadana tərəf uçub. Ekipaj təyin olunmuş vaxtda helikopterlə əlaqə saxlaya bilməyib və təcili radio mayak işləməyib. Axtarış təşkil edilib. Təyyarədə beş nəfər - üç ekipaj üzvü və iki texniki mütəxəssis olub. İyulun 16-da helikopter tamamilə dağılmış vəziyyətdə tapılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью