Rusiyada qızılca xəstəliyi geniş yayılır

25.11.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Rusiyada qeydə alınan qızılca halları ciddi narahatçılıq yaradıb.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ən ciddi problemin rusların peyvənddən imtina etməsindən ibarət olduğunu bildirib.
Novosibirsk Vilayəti Səhiyyə Nazirliyinin mətbuat xidməti Vatolinanın sözlərinə istinadən bildirib ki, epidemiya bölgələrində aparılan təcili müdaxilələr sayəsində qızılcanın Novosibirsk vilayəti də daxil olmaqla, əhəmiyyətli sayda insana yayılmasının qarşısı alınır:
"Təəssüf ki, federal immunizasiya proqramının bir hissəsi olaraq, peyvənddən imtina edən insanlarla qarşılaşırıq. Bu problem COVID-19 pandemiyası dövründə daha da artıb".
Vatolina əlavə edib ki, 2023-cü ildən bəri Rusiyanın bütün bölgələrində qızılcaya qarşı immunizasiya aparılır. Bu dövrdə 4,4 milyon insan peyvənd olunub. 2025-ci ilə qədər qızılca xəstəliyinə yoluxma nisbəti 2024-cü illə müqayisədə artıq 3,4 dəfə azalıb.
Leyla
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью