525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən günorta Lipetsk vilayətində yerləşən qoruğun meşəlik hissəsində yanğın başlayıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olub.
Yanğınsöndürənlər alovun qoruq yaxınlığında yerləşən 2 yaşayış məntəqəsinə keçməsinin qarşısını alsalar da, yanğını söndürməyə müvəffəq olmayıblar.
Bu gün günorta saatlarında əraziyə əlavə qüvvələr, o cümlədən helikopter cəlb edilib.
Qeyd edək ki, yanğın lokallaşdırılsa da, hələ də tam söndürülməyib.
L.Tağıyeva