Rusiyada qorxunc hadisə: Pələng insanı meşəyə sürüklədi

21.11.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Xabarovsk diyarında pələng adama hücum edib və onu meşəyə sürükləyib.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşları hadisə yerinə gediblər.

"Bizə zəng gəldi ki, pələng bir insana hücum edib və onu meşəyə aparıb. Bu, Lazo rayonudur. Qrup artıq həmin yerə yola çıxıb", - deyə qurumdan bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью