Rusiyada Quranı yandırmağa görə həbs olunan Nikita Juravel dövlətə xəyanətdə də təqsirli bilinib

25.11.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyada "Quran"ı yandırmağa görə 3,5 il həbs cəzası alan Nikita Juravel dövlətə xəyanət cinayətinə görə də təqsirli bilinib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Juravlyov dövlətə xəyanət cinayətinə görə, 13 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Cinayətlərinin məcmusuna əsasən, o, cəzasını ciddi rejimli koloniyada çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın versiyasına görə, Juravlyov messencer vasitəsilə fəal şəkildə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edib. 2023-cü ilin martında Juravel ona Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasını, hərbi təyyarələrini daşıyan qatarın videoyazılarını, habelə hərbi hissələrdən birinin xidməti maşınının hərəkəti ilə bağlı məlumatları göndərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью