Rusiyada respublika rəhbəri qəzaya düşdü

08.04.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Çuvaşiyanın rəhbəri Oleq Nikolayev Çeboksarıda yol qəzası törədib.

"Unikal" xəbər verir ki, Respublika rəhbəri avtomobildə həyat yoldaşı Natalya ilə birgə olub. Avtomobili Çuvaş Respublikası başçısının şəxsi sürücüsü idarə edib.

"Mazda" markalı avtomobil Çuvaşiya rəhbərinin rəsmi "Genesis" sedanına çırpılıb. İlkin məlumatlara görə, qəzanın günahkarı "Mazda"nı idarə edən qadın sürücü olub. O, qırmızı işıqda keçib və nəticədə Nikolayevin maşınına çırpılıb.

Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью