Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Rusiya hüquq-mühafizə orqanları Tula vilayətində qaraçıların məskunlaşdığı Plexanovo qəsəbəsində reyd keçirib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində 35 qaraçı hərbi komissarlığa aparılıb.
Təhlükəsizlik qüvvələri maliyyə pozuntularına və çağırışla bağlı intizam məsələlərinə diqqət yetiriblər.
Reyd zamanı təxminən 1 milyon rubl müsadirə edilib, 5 avtomobili saxlanıb, borca görə 43 evin elektrik təchizatı dayandırılıb.
Bundan əlavə, yol hərəkəti qaydalarının pozulması və vergi borclarına görə 24 akt tərtib edilib.