Rusiyada şagird müəllimə hücum etdi: yaralılar var

01.09.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Krasnoyarsk vilayətinin Kansk şəhərində məktəbdə tədbirdən əvvəl VII sinif şagirdi müəllimə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, şagird müəllimin üzünə bibər qazı sıxıb, daha sonra isə bıçaq çıxarıb.

“Şagirdlərdən birinin anası hücum edən qızın qarşısını ala bilib. Hücuma məruz qalan fizika müəllimi ciddi xəsarət almayıb. Ümumilikdə, hücum nəticəsində 7 nəfər xəsarət alıb. Yaralananlardan 5-i məktəblidir. Zərərçəkənlər xəstəxanaya çatdırılıb və ambulator tibbi yardım göstərildikdən sonra buraxılıblar”, - məlumatda qeyd olunub.

Məktəbli qızın saxlanıldığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью