Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Samara vilayətində yerləşən “Samara” neft stansiyasına noyabrın 2-nə keçən gecə hücum edildiyi ehtimal olunur. Hadisədən sonra stansiyanın ərazisində güclü yanğın başlayıb və qara tüstü yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Astra” nəşri məlumat yayıb.
Yerli sakinlər partlayış səsləri eşitdiklərini və stansiyanın üzərində tüstü gördüklərini bildiriblər. Rəsmi qurumlar isə hücumla bağlı açıqlama verməyiblər.
Məlumata görə, 71 rezervuardan ibarət stansiyanın neft saxlama həcmi 1,6 milyon kubmetrdən çoxdur. Obyekt oktyabr ayında da bir neçə dəfə hücuma məruz qalıb və ərazidə yanğınlar qeydə alınıb.
Bizim.Media