Rusiyada “Santa Klaus”la bağlı Baş Prokurorluğa müraciət edilib

10.12.2024

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiyada “Santa Klaus”u xarici agent kimi tanımaq istəyirlər.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış ictimai fəal Vitali Borodin belə bir təşəbbüslə Baş Prokurorluğa müraciət edib.
İctimai fəalın sözlərinə görə, “Santa Klaus” brendi Rusiyaya dost olmayan ölkələrdə məşhurdur: “Əslində, o bizim ənənəvi “Şaxta baba” obrazını əvəz edir”.
Borodinin sözlərinə görə, xarici şirkətlərin Rusiyada “Santa Klaus” obrazını maliyyələşdirməsi ehtimalı yüksəkdir. İctimai bildirib ki, bu şirkətlərin məqsədi ənənəvi rus dəyərlərinin məhv edilməsidir. 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью