Rusiyada şarjda olan avtomobil alışıb yandı Video

13.08.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Rusiyanın Moskvа vilayətində Çin istehsalı olan “Lixiang L6” yolsuzluq avtomobili şarj zamanı alışıb yanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb. 

Hadisə vilayətin Şolkovо şəhəri yaxınlığındakı “Varejki-3” kottec qəsəbəsində baş verib. Yanğın baş verərkən avtomobilin sahibi yaxınlıqda olmayıb. Nəticədə salonun tavanı, dam örtüyü, oturacaqlar və cihazlar paneli yanıb. 

İlkin məlumata görə, yanğın qısaqapanma səbəbindən baş verib. 

Mənbənin iddiasına görə, 2024-cü il istehsalı olan avtomobil 10 ay əvvəl rəsmi dilerin salonundan 4,7 milyon rubla (təxminən 95300 AZN) alınıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью