525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Novosibirskdə 87 il əvvəl istehsal olunmuş avtomobil satışa çıxarılıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə avtomobil alqı-satqısı ilə bağlı elan saytlarının birində post yerləşdirilib.
Satışa çıxarılan "ZiS-101" avtomobili 1938-ci il istehsalıdır. Ötən il tam təmir edilən avtomobilin inandırıcı olmasa da, cəmi 100 km getdiyi və vuruğunun olmadığı bildirilir.
Hazırda muzeydə saxlanılan "ZiS-101"in adı açıqlanmayan satıcısı avtomobil üçün 95 milyon rubl (1 milyon 916 min manat) tələb edir.
Qeyd edək ki, "ZiS-101" avtomobilləri 1936-41-ci illərdə SSRİ-də, Stalin adına zavodda istehsal olunub.
L.Tağıyeva