Rusiyada saxlanılan daha 4 azərbaycanlı həbs edildi

22.07.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskvada 1000-dən çox miqranta saxta sənədlər düzəltməkdə ittiham olunan 4 azərbaycanlı saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, Rusiya və Azərbaycan vətəndaşlığı olan 4 nəfər barəsində Çertanovski Rayon Məhkəməsinin hökmü qüvvəyə minib. İlham Məmmədov, Ədalət Rəcəbov, Qüdrət Mustafayev və Hüseyn Rəcəbli qanunsuz miqrasiyanın təşkilinə görə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər əcnəbilər üçün saxta miqrasiya sənədləri hazırlamaqda ittiham olunurlar. İstintaqın məlumatına görə, qrup üzvləri ümumilikdə 1000-dən çox əcnəbidən azı 2 milyon rubl (43 472 manat) əldə edib.

Araşdırma zamanı saxta sənədlərin hazırlanması ilə məşğul olan iki qanunsuz laboratoriya da ləğv edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью