Rusiyada saxlanılan Elman Paşayevin həyat yoldaşı dindirildi | Icma.az
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq. Rusiya istintaqçıları dələduzluqda ittiham olunan keçmiş vəkil Elman Paşayevin həyat yoldaşın
"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
"Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq işinin istintaqı çərçivəsində təqsirləndirilən şəxsin həyat yoldaşı dindirildi.
Həmçinin təqsirləndirilən şəxsin mənzilində axtarış zamanı pul vəsaiti aşkar edilərək götürülüb", - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, keçmiş vəkilin mənzilindən götürülən pulun məbləği 100 000 rubldan (1 574 AZN - red.) çox deyil.
Paşayevin müdafiəçiləri onun barəsində dələduzluq işi üzrə istintaq hərəkətlərini şərh etmirlər, çünki onlardan istintaq məlumatlarının yayılmaması barədə iltizam alınıb.
Xatırladaq ki, Elman Paşayev sentyabrın 17-də Moskvada saxlanılıb.
Əvvəllər onu Rusiyanın yüksək cəmiyyətində tanınan Blinovski cütlüyünə qarşı dələduzluq cəhdində ittiham edirdilər.
Tam oxu
Xəbəri oxu