Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta baba paltarı geyinmiş şəxs yerli iş adamını odlu silahla qətlə yetirib.APA-nın “cheb-news.net” saytına istinadən xəbərinə görə, yanvarın 2-də baş verən hadisədən sonra həmin şəxs ərazini tərk etsə də, sonradan saxlanılıb.Bildirilib ki, öldürülən şəxs əvvəllər hüquq-mühafizə orqanlarında işləyib.Hadisənin qisasçılıq zəminində törədildiyi ehtimal edilir.Cinayətkarın vaxtilə məhz qətlə yetirilən şəxsin aşkarladığı faktlar nəticəsində həbs edildiyi bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.