Rusiyada “Şaxta baba” mağaza sahibini güllələdi ANBAAN VİDEO

03.01.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Rusiyanın Çuvaşıstan Respublikasında “Şaxta baba” geyimində olan keçmiş məhbus mağaza sahibini güllələyib.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Kanaş şəhərində baş verib. 
Belə ki, mağazaya gələn “Şaxta baba” əvvəlcə mağaza sahibi ilə sakitcə danışıb, hətta onunla selfi də çəkdirib. Daha sonra qoşalüləli ov tüfəngi ilə onu güllələyib.
Məlumata görə, mağaza sahibi əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Hadisəni törədən şəxsi məhz mərhumun hüquq-mühafizə orqanlarında işlədiyi dövrdə həbs etdiyi bildirilir. Cinayətin də məhz intiqam almaq üçün törədildiyi ehtimal edilir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью